REGİONLAR


Ehsan məclislərinin təmtəraqdan uzaq keçirilməsi vətəndaşları maddi sıxıntıdan uzaqlaşdırır

Füzuli, 23 yanvar, AZƏRTAC

Füzuli rayonunda yas mərasimləri İslam qaydalarına uyğun, sadə və israfsız keçirilir. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Yas mərasimlərinin bu cür təşkil olunması sakinlər tərəfindən də müsbət qarşılanır və dəstəklənir.

Rayonun axundu Nəriman Nəsirov AZƏRTAC-ın müxbirinə bildirib ki, ehsan məclislərinin təmtəraqdan uzaq keçirilməsi vətəndaşları maddi sıxıntıdan uzaqlaşdırır. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları məclisləri üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, bu məclislər hazırda 400-600 manata başa gəlir. Nəticədə vətəndaşlar qənaət olunan vəsaiti digər sosial problemlərinə sərf edirlər.

Füzuli rayonunda ehsan süfrələrinin İslam qaydalarına uyğun, israfçılıqdan kənar keçirilməsi aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması sayəsində mümkün olub. Rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini istiqamətdə maarifləndirir, mütəmadi olaraq əhali arasında təbliğat işləri aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.