CƏMİYYƏT


Ehtiyat təkərin içərisində gömrük nəzarətindən gizlədilən 62 kiloqram şabalıd aşkar edilib

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən və yük yerindəki ehtiyat təkərin içərisindən gömrük nəzarətindən gizlədilən 62 kiloqram şabalıd aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.