SİYASƏT


Ehtiyatda olan polkovnik: Regiondakı hərbi qüvvələr balansı Azərbaycanın xeyrinədir

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

“İsgəndər” operativ-taktiki raket komplekslərinin (OTRK) hətta Ermənistana məxsus olmasını fərz etsək belə, bu, regiondakı hərbi qüvvələr balansının Azərbaycanın xeyrinə olmasına maneə yarada bilməz.

Bu fikri ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın müstəqilliyinə həsr olunmuş hərbi parada hazırlıq məqsədilə keçirilən məşqlərdə “İsgəndər” komplekslərinin nümayiş olunması ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası, silahların keyfiyyəti və kəmiyyəti baxımından Ermənistan tərəfini xeyli üstələyir. Ordumuzun silahlanmasındakı minlərlə müxtəlif hücum və müdafiə sistemi dağıdıcı xarakterinə və məhvetmə xüsusiyyətinə görə ölkəmizə təhlükə mənbəyi ola biləcək istənilən hərbi obyekti darmadağın etmək qabiliyyətindədir.

“Ölkəmizə qarşı yönələn istənilən təhdidə daha sərt və qəti cavab vermək imkanına malik Azərbaycan Ordusunun görəcəyi adekvat tədbirlər, daxili siyasi ziddiyyətlər və iqtisadi böhran içərisində olan Ermənistanın tam iflasına gətirib çıxara bilər”, - deyə ehtiyatda olan polkovnik bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.