İQTİSADİYYAT


“Ekol Mühəndislik Xidmətləri” 2,7 milyon kubmetr sənaye çirkab sularını müxtəlif qarışıqlardan təmizləyib

Bakı, 9 avqust, AZƏRTAC

Bu ilin ikinci rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2,7 milyon kubmetrdən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan təmizləyib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, rüb ərzində Heydər Əliyev adına neft emalı zavodundan (NEZ) TED-in 6-cı sahəsinin (NEZ-in 9-cu sahəsinin ərazisi) mexaniki təmizləyici qurğularına daxil olan 2 milyon 786 min kubmetrdən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan (aprel ayında 1 milyon 300 min 803 kubmetr, may ayında 1 milyon 147 min 197 kubmetr, iyun ayında isə 337 min 988 kubmetr) təmizlənib. TED-in 3-cü sahəsinə “AAS-EKOL” MMC-dən müqavilə əsasında daxil olan 32 ton ərsin parafini sudan və mexaniki qarışıqlardan təmizlənib.

Texnoloji proseslər nəticəsində TED-in 4-cü və 6-cı sahəsində formalaşan 4 min 958 tona qədər neftşlam müasir texnologiyalarla emal edilərək zərəsizləşdirilib. Rüb ərzində TED-in 4-cü sahəsində də (Heydər Əliyev adına NEZ-in 9-cu sahənin ərazisi) işlər yüksək səviyyədə təşkil olunub. Bu müddət ərzində 4-cü sahədə 652 min kubmetrədək sənaye çirkab suları (aprel ayında 202 min kubmetr, may ayında 220 min kubmetr, iyun ayında isə 230 min kubmetr) təmizlənib. QSC-nin 4-cü sahəsində 2 min 928 ton neftşlam emal edilərək zərərsizləşdirilib.

Rüb ərzində TED müqavilə əsasında SOCAR-ın Qaz Emalı Zavodu, Ekologiya İdarəsi, “Azneft” İB, Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC, İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, “Surakhany Oil Operation Company S.A.”, “AA Services”, “AAS-ATE” MMC, “AAS-EKOL” MMC və sair sifarişçi təşkilatlara yüksək səviyyədə xidmət göstərib. Bu təşkilatlardan qəbul edilmiş 240 ton neftşlam, 4 min 204 kubmetr yağlı su, 10,54 ton yağlı torpaq, 1621 kubmetr döşəməaltı-lyal axıntı suları, 5 min 372 kubmetr mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla emal olunaraq zərərsizləşdirilib.

Ötən dövrdə Tullantı Emalı Departamentinə “Komleks Qazma İşləri” trestinin mədən ərazilərindən müqavilə əsasında daxil olan 600 kubmetr çirkab suları, 110 kubmetr yağlı su neft tullantılardan təmizlənmiş və SOCAR-ın Ekologiya İdarəsinin xidmət etdiyimiz Tullantı Mərkəzinə 440 ton qazma şlamı daşınaraq emal olunub. Bundan başqa, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzindən TED-ə daxil olan 676,5 kubmetr istehsalat çirkab suları mexaniki üsulla təmizlənib.

QSC-nin TED hazırda müxtəlif növ tullantıların idarə olunması, emal edilməsi və zərərsizləşdirlməsi sahəsində fəaliyyətini texnoloji reqlamentə uyğun olaraq yüksək səviyyədə davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.