İQTİSADİYYAT


“Ekol Mühəndislik Xidmətləri” QSC-də 1 nömrəli nefttutucu təmir edilir

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin tullantıların emalı departamentinin (TED) 6-cı sahəsində (Heydər Əliyev adına NEZ-in 9-cu sahənin ərazisi) mexaniki təmizləmə qurğuları sisteminə daxil olan 1 nömrəli nefttutucuda hazırda təmir işləri aparılır.

QSC-dən AZƏRTAC-a bildirilib ki, nefttutucu yaxın zamanlarda istismara veriləcək.

TED-in fəaliyyət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin olunması, keyfiyyətin yaxşılaşdırılması məqsədilə profilaktiki təmir və quraşdırma işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.