İQTİSADİYYAT


“Ekol Mühəndislik Xidmətləri” QSC-də 1 nömrəli nefttutucu təmir olunaraq istismara verilib

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tullantıların emalı departamentinin (TED) 6-cı sahəsində (Heydər Əliyev adına neft emalı zavodunun 9-cu sahəsi) mexaniki təmizləmə qurğular sisteminə daxil olan 1 nömrəli nefttutucuda təhlükəsizlik qaydalarına uyğun olaraq təmir işləri yerinə yetirilib və istismara verilib.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, 3 və 4-cü flotatora gedən su xətlərində yaranmış nasazlıq qısa müddət ərzində təmir edilərək aradan qaldırılıb, su xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub.

Elektromexanika sexinin işçiləri tərəfindən cari təmir işləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.