CƏMİYYƏT


“Ekol Mühəndislik Xidmətləri” SOCAR-ın idarələrində 90 minədək ağaca aqrotexniki xidmətlər göstərir

Bakı, 10 avqust, AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) SOCAR-ın idarə və müəssisələrində 90 minədək müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir.

QSC-dən AZƏRTAC xəbər verir ki, SOCAR öz fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Bu ilin ikinci rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların Rekultivasiya Departamenti tərəfindən bir sıra layihələr həyata keçirilib. TRD ötən rüblərdə olduğu kimi cari ilin ikinci rübündə də SOCAR-ın "Azneft" İB-nin neft və qazçıxarma idarələrinin (NQÇİ) reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirib. Belə ki, SOCAR-ın "Azneft" İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində may-iyun ayında 5 min 904 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı) 2 min müxtəlif növ ağac və bəzək kolları əkərək ümumi ağacların sayını 89 min 255 ədədə çatdırıb. Hazırda TRD SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877, “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 57 min 134, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində 15 min 924, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala) 4 min 420, TRD-nin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 min 553 ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir.

Yaşıllıq sahələrindəki bitkilər lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə mütəmadi olaraq təmin olunub, budanıb, quruyan ağaclar yenisi ilə əvəz olunub. Yaşıllıq sahələrinin bərpası məqsədi ilə 2012-ci ildən QSC-nin “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində quraşdırılaraq istifadəyə verilmiş sahəsi 320 kvadratmetrlik istixanada becərilmiş müxtəlif növ ağac, tinglər və bəzək kollarının toxumlarına aqrotexniki xidmətlər göstərilib və gözlənilən nəticələr əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.