İQTİSADİYYAT


“Ekol Mühəndislik Xidmətləri” və “Econ Industries” əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Bakı, 13 iyun, AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” QSC və “Econ Industries” şirkəti ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə ediblər.

QSC-dən AZƏRTAC-a verilən məlumata görə, müzakirələr “Ekol Mühəndislik Xidmətləri”nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və “Econ Industries” şirkətinin nümayəndələri ilə keçirilən görüşdə aparılıb. Görüşdə QSC-nin baş direktorunun istehsalat üzrə müavini – texniki direktor Məzahir Hüseynov, Tullantı Mərkəzinin rəisi Orxan Qəndilov, Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasıyev və əlaqədar struktur rəhbərləri, eləcə də Avropa İttifaqı–Azərbaycan biznes-forumu çərçivəsində Azərbaycanda səfərdə olan “Econ Industries” şirkətinin kommersiya direktoru Joaçim Fisçer və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru, idarə heyətinin üzvü Tobias Baumann iştirak ediblər.

Görüş çərçivəsində “Econ Industries” şirkəti tərəfindən Tullantı Mərkəzinin ərazisində quraşdırılmış “Vacu Dry” qurğularına baxış keçirilib və texnoloji proseslər haqqında məlumat verilib. Daha sonra müxtəlif mövzular üzrə müzakirələr aparılıb, ikitərəfli əməkdaşlığın nəticələri və perspektivləri haqqında danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.