İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri”ndə çalışan fəhlə və sürücülərin biliklərinin yoxlanması üzrə imtahana başlanılıb
Bakı, 7 iyun, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan fəhlə və sürücülərin əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanması üzrə imtahana başlanılıb.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, təsdiq edilmiş qrafikə uyğun olaraq QSC-də çalışan fəhlə və sürücülərin “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən iyun ayının 5-dən texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahan keçirilir.
İmtahanın keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan işçilər tərəfindən texniki təhlükəsizlik qaydalarını, təlimatlarını İSO-18001 (OHSAS) standartının tələblərini dərindən mənimsəmək və maarifləndirmə tədbirlərinin istiqamətlərini müəyyən etməkdən ibarətdir.
QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənlinin sədrliyi və müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən imtahan bütün fəaliyyət sahələrini əhatə edir və iyun ayının 16-dək davam edəcək.