İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri”nin işçiləri təlimatlandırma kursuna göndəriliblər
Bakı, 1 may, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində çalışan mühəndis-texniki işçilər Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinə təlimatlandırma kursuna göndəriliblər.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, istehsalat zərurəti ilə əlaqədar olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin işçilərinin peşəkarlıq səviyyələrinin, iş təcrübələrinin artırılması üçün SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağlanmış müqaviləyə əsasən, Təlim-Tədris Mərkəzinin mütəxəssisləri tərəfindən kurslar təşkil edilib. Təlimatlandırma kurslarında Tullantı Mərkəzində qazma şlamı emal edən Almaniyanın “Econ İndustries” şirkətinin istehsalı olan, “Vacu Dry® 12,000” (A) qurğusunda çalışan mütəxəssislər iştirak edirlər. Bu məqsədlə Təlim-Tədris Mərkəzində “Tullantıların idarə olunması” mövzusunda keçirilən təlimlərdə istehsalat prosesində əmələ gələn tullantıların inventarlaşdırılması, sahələrdə yaranan tullantılara dair məlumatların toplanması, tullantıların daşınması (dənizdə, quruda) və saxlanması qaydaları, istehsalat sahələrində tullantıların idarə edilməsi prosesinin monitorinqinin aparılması, ümumi və təhlükəli tullantıların qablaşdırılması, daşınması haqqında nəzəri biliklər dinləyicilərə çatdırılır. Təlimlər mayın 3-dək davam edəcək.