İQTİSADİYYAT


“Ekol Mühəndislik Xidmətləri”nin istehsalat sahələrindəki çökdürücü göllərin təmizlənməsi davam etdirilir

Bakı, 5 avqust, AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrindəki çökdürücü göllərin təmizlənməsi prosesi davam etdirilir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”nin əsas istiqamətlərindən biri də (Heydər Əliyev adına neft email zavodu - NEZ-in 9-cu sahəsi) çökdürücü göllərə yığılmış neftşlamın və sənaye-çirkab sularının mexaniki təmizləyici qurğular vasitəsilə təmizləməkdən ibarətdir. QSC-nin bu fəaliyyətini tullantıların emalı departamenti (TED) işçiləri həyata keçirir. Sənaye-çirkab sularının yüksək keyfiyyətlə təmizlənməsi üçün daim məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında yeni texnologiyaların və qurğuların tətbiqi, mexaniki təmizləyici qurğuların neftşlamdan və mexaniki çöküntülərdən təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, çökdürücü göllərdə mütəmadi olaraq təmizləmə işləri yüksək səviyyədə vaxtlı-vaxtında yerinə yetirilir.

Belə ki, hazırda TED-nin 6-cı sahəsində fəaliyyət göstərən 5 saylı çökdürücü göldən 525 kubmetrə qədər neftşlam və mexaniki qarışıq təmizlənərək, emal üçün “Alfa Laval” şirkətinin dekanter qurğusunun qəbul hovuzuna ötürülür və emal edilir. Bu da öz növbəsində Heydər Əliyev adına NEZ-dən daxil olan sənaye-çirkab sularının təmizlənməsinin keyfiyyətini xeyli yaxşılaşdırmışdır.

Bütün bunlarla yanaşı “Ekol Mühəndislik Xidmətləri” QSC-nin göstərdiyi xidmətlər sırasında ərsin parafinin mexaniki qarışıqlardan ayrılaraq təmizlənməsidir.

TED-nin 3-cü sahəsində fəaliyyət göstərən Parafin sexi “AAS - EKOl” MMC-dən qəbul edilmiş ərsin parafinini reqlamentə uyğun olaraq, təmizləyərək təyinatı üzrə təhvil vermişdir.

Parafin sexində də texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və işlərin İSO standartlarının tələbləri səviyyəsində qurulması məqsədi ilə, mütəmadi olaraq profilaktiki təmizlik işləri həyata keçirilir.

Hazırda TED-nin 6-cı sahəsindəki çökdürücü gölün mexaniki qarışıqlardan və neftşlamdan təmizlənməsi istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.