İQTİSADİYYAT


“Ekol Mühəndislik Xidmətləri”nin mütəxəssisləri 201 nümunə üzərində 824 təhlil aparıb

Bakı, 7 avqust, AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri cari ilin ikinci rübündə 201 nümunə üzərində 824 kimyəvi və fiziki-kimyəvi təhlil aparıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”nin Ekoloji Monitorinq Departamenti (EMD) ilin ikinci rübündə fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirib, “Sifarişçi” təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirib, müvafiq ekoloji normativ-texniki sənədlər işləyib hazırlayıb, laborator xidmətlər və İnteqrə Edilmiş Menecment Sistemlərinin tələblərinə uyğun fəaliyyət göstərib. Müqavilələrə əsasən, EMD tərəfindən SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin və Qaz Emalı Zavodunun, “AzGerneft” MMC-nin, “Balakhanı Operating Company” LTD-nin Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat ərazilərində dövrü ekoloji monitorinq işləri aparılıb. Monitorinq əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə edib. Mövcud antropogen təsir mənbələri üzərində monitorinq müşahidələri aparılıb, ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə müəssisələrə müvafiq təkliflər verilib. Yerinə yetirilən ekoloji monitorinq işləri zamanı müəssisələrdə formalaşan təqribən 50 axıntı su nümunələri götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) təhlil olunub. Laborator təhlillərin nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilib.

Rüb ərzində “AzGerneft” MMC üçün Ekoloji pasport, Atmosferə Atıla Bilən Tullantı Həddi, Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi, “Balakhanı Operating Company LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı üçün Ekoloji pasport və Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi üçün Atmosferə Atıla Bilən Tullantı Həddi və Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi Ekoloji Normativ-Texniki Sənədlərin işlənib hazırlanması işləri həyata keçirilib.

KTL mütəxəssisləri tərəfindən götürülmüş 201 nümunə üzərində 824 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılıb. Rüb ərzində “Azba” şirkətinin nümayəndəsi ilə birgə sənaye axıntı suyunun reagentlər vasitəsilə emulsiyalaşmış neft məhsullarından təmizlənməsi üzrə laborator sınaqlar aparılıb.

“Ekol Mühəndislik Xidmətləri” QSC-də cari ilin ikinci rübü ərzində İnteqrə Edilmiş Menecment Sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) tələblərinə uyğun hazırlanmış “Məqsəd və Hədəflər”in yerinə yetirilməsinə nəzarət edilib, daxili audit zamanı rəsmiləşdirilmiş 13 uyğunsuzluqların yerinə yetirilməsi izlənib.

QSC-də Türk Standartları İnstitutunun auditorları tərəfindən TED-nin, TRD-nin sahələrində standartların tələbinə uyğun olaraq audit keçirilib. Audit zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması təmin edilib. Rüb ərzində “Ekol Mühəndislik Xidmətləri”nin ətraf mühitin mühafizəsi üzrə tədbirlər planının yerinə yetirilməsi haqqında aylıq məlumatlar tərtib edilib. Rüb ərzində QSC-nin fəaliyyət sahələrində formalaşan tullantılar növlər üzrə çeşidlənərək SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil verilib.

“Ekol Mühəndislik Xidmətləri”nin EMD qarşıda duran vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.