CƏMİYYƏT


Ekologiya liseyində və məktəbdə bayram tədbirləri keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

Nərimanov rayonunda 291 nömrəli Ekologiya liseyində və 57 nömrəli orta məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edib və onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinin təmin edilməsi üçün ölkəmizdə həyata keçirilən layihələrdən danışıblar.

291 nömrəli Ekologiya liseyində “Qayğı üçün yarat” sağlamlığı məhdud uşaqların əl işlərinin satış-sərgisi keçirilib.

Ekologiya liseyi və 57 saylı məktəbdə təşkil olunmuş tədbirlər şagirdlərin iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.