Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri “Bakı Marafonu 2018”də iştirak ediblər
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də paytaxtda “Bakı Marafonu 2018” keçirilib. Marafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, marafonda nazirliyin nümayəndələri də iştirak ediblər.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.