CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər naziri Ağdaşda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov avqustun 26-da Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul saat 10:00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (telefonlar: 020-235-51-10, 050-674-53-42, 050-612-54-00) müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.