CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişdirilib

Bakı, 4 may, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Qusar şəhərində yerli sakinlərlə yanaşı, Siyəzən, Şabran, Quba, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla mayın 5-də nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş mayın 16-da saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 070-232-33-45, 023-323-00-14) xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.