CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər nazirinin Qusarda vətəndaşlarla görüşmə vaxtı dəyişdirilib

Bakı, 25 aprel, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Qusar şəhərində yerli sakinlərlə yanaşı, Siyəzən, Şabran, Quba, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla aprelin 28-də nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş mayın 5-də saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 070-232-33-45, 023-323-00-14) xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.