CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər nazirinin Tovuzda vətəndaşlarla görüşü başqa günə təyin edilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla oktyabrın 27-də nəzərdə tutulmuş görüşünün tarixi dəyişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş noyabrın 3-də saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-in “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (telefonlar: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.