CƏMİYYƏT
“Ekologiyanın istehsalçı və istehlakçı baxışından rolu” layihəsinin təlim mərhələləri başa çatıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ekologiyanın istehsalçı və istehlakçı baxışından rolu” layihəsinin təlim mərhələləri başa çatıb. Fərdi layihə Fondun VIII qrant müsabiqəsinin qalibi Günel Mustafayeva tərəfindən reallaşdırılır.
AZƏRTAC xəbər verir ki, layihənin əsas mərhələsində Balakən rayonunda ekoloji iqtisadiyyat sahəsi ilə maraqlanan gənclər üçün təlimlər təşkil olunub.
Əsas məqsəd gənclərin ekoloji iqtisadiyyat sahəsində maarifləndirilməsi, onlara məsuliyyətli istehsal və istehlakçı bacarıqlarının aşılanmasından ibarət idi.
Layihənin yekun mərhələsi olaraq maarifləndirmə-təbliğat işlərinin genişləndirilməsi məqsədilə eyni mövzuda videoçarxın çəkilişi həyata keçiriləcək.