REGİONLAR


Ekoloji aksiya: “Gəncəmizi təmiz saxlayaq”

Gəncə, 6 iyun, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Gəncəçay” Park Bulvar Kompleksinin və Gəncə Dövlət Universiteti YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ekoloji aksiyaya tələbələr və fəal gənclər də qoşulublar.

AZƏRTAC xəbər verir ki, “Gəncəmizi təmiz saxlayaq” devizi ilə keçirilən aksiya şəhərdə ekoloji vəziyyətin qorunmasına, habelə əhalinin maarifləndirilməsinə yönəlib.

Gəncə çayının yatağı boyunca sağ və sol sahilin məişət tullantılarından təmizlənməsində 50-dən çox könüllü iştirak edib. Yığılan tullantılar yük maşınlarına yüklənərək şəhər kənarındakı poliqona daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.