ELM VƏ TƏHSİL


“Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri müəyyənləşib

Bakı, 4 iyul, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, “Tullantıdan incəsənətə” mövzusu üzrə məktəblərin fəaliyyəti təhlil edilib. Müvafiq meyarlar üzrə “Ayın ən təmiz məktəbi” nominasiyasında 290, 149, 44, 328 nömrəli məktəblər birinci, 220, 283, 144, 156 nömrəli məktəblər ikinci, 60, 47, 206, 102, 232 nömrəli məktəblər üçüncü yerə layiq görülüb.

“Tullantıdan incəsənətə” mövzusu üzrə paytaxtın 8, 53, 98, 92, 110, 111, 125, 128, 136, 157, 186, 227, 230, 240, 258, 314 nömrəli məktəbləri də fəallığı ilə seçilib.

Layihə üzrə müəyyənləşdirilən mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Tullantıdan incəsənətə” mövzusunda müsabiqə, yarış, “açıq dərs”, sərgi və ekskursiyalar keçirilib, müxtəlif araşdırmalar aparılıb. Belə ki, şagirdlər plastik butulkalardan, yumurta qabığından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə etməklə zövqoxşayan əsərlər yaradıblar.

Bundan başqa, aylıq çərçivəsində məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibləri bellənib, abadlıq işləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.