ELM VƏ TƏHSİL


“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir

Bakı, 30 may, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Sağlam həyat tərzi” mövzusunda fləşmob keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təhsil müəssisələrində, həmçinin “Sağlam həyat tərzi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyalar təşkil edilib, müxtəlif araşdırmalar aparılıb. Tanınmış idmançılar şagirdlərlə görüşüblər.

Tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları bu barədə daha geniş məlumatlandırmaqdır.

Yekunda may ayı üzrə “Sağlam həyat tərzi” mövzusunda “Ayın ən sağlam məktəbi” seçiləcək.

Qalib məktəb orijinallığı, mövzunun əhatəliliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyət zənginliyi, mövzunun ekoloji problemləri əhatə etməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu (foto və s.) kimi meyarlara əsasən müəyyənləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.