CƏMİYYƏT


“Ekoloji incəsənət” layihəsinin icrasına start verilib

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “Ekoloji incəsənət” layihəsinin icrasına start verilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin icrasında məqsəd gənclərin ekoloji problemlərlə bağlı maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında gəncləri məlumatlandırmaqdır.

Layihə ərzində gənclərə ekoloji mövzuda müxtəlif təlim və seminarlar keçiriləcək. Sonda tullantılardan hazırlanmış sənət nümunələrindən ibarət sərgi açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.