ELM VƏ TEXNOLOGİYA


Ekoloji problemlərlə mübarizə apara bilən mineral aşkar olunub

A+ A

Bakı, 11 avqust, G.Məlikova, AZƏRTAC

Alimlər Sibir şaxtasında qəribə mineral aşkar ediblər. Hələ 1980-ci illərdən başlayaraq mütəxəssislər bu tip mineralların yetişdirilməsi istiqamətində işlər aparıblar. Belə ki, tədqiqatçılar bu tip mineralların təbiətdə mövcud olmadığını hesab edirdilər.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, təbiətə atılan tullantılar səbəbindən gələcəkdə dünyada baş verə biləcək ekoloji fəlakətin qarşısının alınmasında bu tapıntının çox böyük faydası ola bilər. Belə ki, elm adamlarının sözlərinə görə laboratoriyada da süni yolla yetişdirilən “metalorqonik baza” adlı bu mineral hidrogen və karbon monoksit tipli qazları süngər kimi özünə çəkir.

Mütəxəssislər bu növ cisimlərin təbiətdə hələ 30 il əvvəl tapıldığını, lakin o zaman bunu araşdırması üçün texnologiyanın yetərli qədər inkişaf etmədiyini irəli sürüblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.