ELM VƏ TƏHSİL
Ekoloji taxılçılıqla məşğul olmaq istəyən fermerlərlə müqavilələr imzalanıb
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərdən biri də ölkədə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qaxda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə “ekoloji taxılçılıqla” məşğul olmaq istəyən fermerlərlə rayonun Əmircan kəndində görüş keçirilib, onlarla müqavilələr imzalanıb. Həmçinin mərkəzin nəzdində müxtəlif istiqamətlər üzrə yüksək ixtisaslı mütəxəssislərin, peşəkar fermerlərin iştirakı ilə məşvərət şuraları yaradılıb. Məşvərət şuralarının bilavasitə dəstəyi ilə ekoloji təsərrüfatçılığa keçid mərhələsində olan fermerlər arasında maarifləndirmə işinin genişləndirilməsi, onlara peşəyönümlü məsləhətlərin və müasir informasiyanın verilməsi nəzərdə tutulur.