ELM VƏ TƏHSİL
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 18 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (ETTM) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə keçirilən “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin sonuncu turunda iştirakçıların əl işlərindən ibarət sərgi təşkil olunub.
Tədbirdə ETTM-in direktoru Firuzə Sultanzadə bildirib ki, yarışmanın təşkilinin məqsədi aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmini, şagirdlərin ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsi ilə bağlı maarifləndirilməsidir.
Səkkiz zona mərhələsində doqquz müxtəlif nominasiya üzrə təşkil olunan müsabiqəyə respublikanın müxtəlif bölgələrindən 1500-dən çox məktəbli qatılıb. Onlardan yüzü yekun mərhələdə iştirak hüququ qazanıb.
Sonda qaliblər mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]