ELM VƏ TƏHSİL
Ekoloq tələbələr tədris təcrübələrini davam etdirəcəklər
Bakı, 20 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin yer quruluşu və kadastr ixtisası üzrə təhsil alan III kurs tələbələri iyulun 19-dan avqustun 1-dək tədris təcrübələrini Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin müvafiq strukturlarında davam etdirəcəklər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələr BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Bazasında çöl-tədris təcrübələrində olub, ətraf ərazilərin müxtəlif landşaft komplekslərinin tədqiqi baxımından torpaqların münbitliyinin öyrənilməsi və səmərəli istifadəsi üzrə uğurlu tədqiqatlar aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:17]
Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər
- 23.04.2024 [11:57]