ELM VƏ TEXNOLOGİYA


“Ekosistemlərin ekologiyası və təbiətdən istifadə” monoqrafiyası nəşr edilib

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Mikrobioloq alim, biologiya elmləri doktoru, professor Nəriman İsmayilov, biologiya elmləri doktorları Afət Məmmədova və Nərminə Sadıqovanın həmmüəllifi olduqları “Ekosistemlərin ekologiyası və təbiətdən istifadə” kitabı “Nurlar” nəşriyyatında çapdan çıxıb.

Mikrobiologiya İnstitutunda AZƏRTAC-a bildiriblər ki, kitab ekologiya və təbiətdən istifadənin əsaslarından bəhs edir. Suallar və cavablar şəklində təqdim olunan, innovativ xüsusiyyətləri ilə seçilən nəşrdə təqdim olunan illüstrasiyalar məlumatların daha yaxşı mənimsənilməsinə kömək edir.

Fundamental xarakter daşıyan bu dərslikdə biosfer və onun quruluşu ,müxtəlif ekosistemlərin (torpaq, atmosfer, su) xarakteri, şəhərlərin ekologiyası, insan ekologiyası, təbii fəlakətlər, kosmik ekologiya, ətraf mühitin çirklənməsi və digər aktual problemlər əksini tapıb.

Monoqrafiya, həmçinin görkəmli şəxslərin insan, təbiət, təbiətə qayğı və sevgi haqqında fikirləri ilə də zəngindir.

Dərslik ekologiya, təbiətdən istifadə istiqamətləri üzrə təhsil alan ali məktəb tələbələri, həmçinin ekologiya, təbiətdən istifadə və ekoloji mədəniyyət kimi aktual məsələlərə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.