Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ekspert: Bu gün rayonların özünü maliyyələşdirməsi xüsusilə aktualdır

Ekspert: Bu gün rayonların özünü maliyyələşdirməsi xüsusilə aktualdır

Son 12 ildə regionların inkişafı sahəsində böyük işlər görülüb, zəruri sosial-iqtisadi infrastruktur yaradılıb

Bakı, 31 yanvar, AZƏRTAC

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısının çıxışında diqqəti çəkən məqamlar çoxdur. Onlardan biri də 2004-cü ildən bəri regionların inkişafı sahəsində görülən böyük işlərdir. Bu işlər əsas etibarı ilə əlverişli investisiya mühiti yaratmaq, iqtisadi artıma nail olmaq, sahibkarlıq fəaliyyətinin genişlənməsini təmin etmək, hədəflərə çatmaq üçün zəruri iqtisadi və sosial infrastrukturun yaradılmasından ibarətdir.

Bu barədə fikirlərini AZƏRTAC-la bölüşən İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov konfransda səslənən bir neçə fakta diqqət çəkərək deyib: “2004-cü ildən bəri regionlarda sayca 26 elektrik stansiyası tikilib, qazlaşdırma 51 faizdən 92 faizə çatdırılıb, təxminən 11 min kilometr avtomobil yolu salınıb və ya əsas təmir olunub, kənd təsərrüfatını suvarma suyu ilə təmin etmək məqsədilə 4 su anbarı yaradılıb və s. Eyni zamanda, sahibkarlığın inkişafı üçün dövlət tərəfindən çox böyük məbləğdə - 2 milyard manat maliyyə dəstəyi həyata keçirilib. Bu da bütövlükdə iqtisadiyyata dəstək sayılır. Ən böyük müsbət nəticə ondan ibarətdir ki, növbəti kreditlərin verilməsi prosesi əvvəl verilənlərin geri qayıtması hesabına maliyyələşdirilir. Yəni ki, bir növ iqtisadiyyatın tam olmasa da, bir hissəsinin özü-özünü maliyyələşdirməsi mexanizmi işə düşüb”.

P.Heydərov qeyd edib ki, 2014-cü ilin yayından bəri neftin qiymətinin 3-4 dəfə ucuzlaşmasına baxmayaraq, hökumət çox da böyük itkilər verməyib, qarşısına qoyduğu müxtəlif proqram və məqsədləri inamla davam etdirir. 2016-cı il əvvəlcədən də gözlənildiyi kimi, çətin il oldu. Lakin, büdcə və özəl strukturlarda hiss olunacaq səviyyədə ixtisarlar baş vermədi, maaşların və pensiyaların ödənilməsində yubanmalar yaranmadı, əhalinin enerjidaşıyıcıları ilə təminatında ciddi problemlər olmadı.

Qlobal maliyyə böhranı fonunda, Prezident İlham Əliyevin də konfransda qeyd etdiyi kimi, Neft Fondunun ehtiyatlarını qoruyub saxlamaq mümkün olub. Belə ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları xeyli azalsa da, Neft Fondunda olan ehtiyatlar qorunur. Hətta böhranla əlaqədar, Fonddan dövlət büdcəsinə ənənəvi transfert 2015-ci və 2016-cı illərdə qənaətlə həyata keçirilib. Bu barədə danışan P.Heydərov bildirib ki, yaranmış vəziyyətdə rayonların özünü maliyyələşdirməsi xüsusilə aktualdır və bu istiqamətdə də lazımi addımlar atılmaqdadır. Sözün qısası, vəziyyət bütün növ qlobal iqtisadi təzyiqlərə rəğmən, qənaətbəxşdir.

Ölkədə regionların sosial-iqtisadi inkişafı üçün çox işlər görülüb və bütün bunlar dövlət tərəfindən müvafiq maliyyə vəsaitlərinin ayrılması hesabına həyata keçirilib. Bəs, indi regionların daha keyfiyyətli inkişafı və yerlərin ümumi iqtisadi artımımızda payını yüksəltmək üçün nə etmək lazımdır və bu sahədə qarşıda duran əsas vəzifələr nədən ibarətdir?

Bu sualı cavablandıran ekspert qeyd edib ki, görülən işlərə rəğmən, rayonlar demək olar, yenə mərkəzdən, yəni dövlət büdcəsindən asılı vəziyyətdədir. Bu da ondan irəli gəlir ki, Azərbaycanın mövcud iqtisadi potensialından ən çox Bakı şəhərində istifadə edilir. Bu ilədək şəhər və rayonlarımızdan cəmi 6-sı öz xərclərini ödəyə bilirdi. Digərləri isə dotasiya hesabına yaşayırdı. Ancaq bu ildən 33 rayon özünü yerli gəlirlə maliyyələşdirəcək. Bu işdə əsaslı dönüş yaratmaq üçün aqrar sektorun inkişafı prioritet olmalıdır. Yerlərdə zavod və fabriklər yaratmaqla yanaşı, aqrar məhsulların istehsalı və tədarükü bölgələrimizin iqtisadiyyatında əsas gəlir mənbəyinə çevrilə bilər.

Ölkədə əmək qabiliyyətli əhalinin 40 faizə yaxınının məhz aqrar istehsalla birbaşa bağlı olan regionlarda yaşadığını xatırladan P.Heydərovun fikrincə, aqrar məhsulların istehsalı və emalı ilə bağlı işlək mexanizm yaradılmalı, kooperativ təsərrüfat üsulları geniş tətbiq olunmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb