İQTİSADİYYAT


Ekspert: “Şahdəniz 3” üzrə qaz ehtiyatları 500 milyard kubmetr həcmində proqnozlaşdırılır

A+ A

Bakı, 30 avqust, Nihad Budaqov, AZƏRTAC

Xəzərin Azərbaycan sektorunda “Şahdəniz 3” layihəsi üzrə təbii qaz ehtiyatlarının 500 milyard kubmetr həcmində olacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında Atlantik Şurasının (Atlantic Council) enerji məsələləri üzrə eksperti Con Roberts deyib.

O bildirib ki, “Şahdəniz 1” və “Şahdəniz 2” layihələri üzrə ümumilikdə 1,2 trilyon kubmetr həcmində ehtiyatlar var. 2018-2025-ci illərdə hər iki layihə üzrə ildə ümumilikdə 25 milyard kubmetr həcmində qaz ixrac etmək mümkün ola bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.