Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspertlər Metsamor AES-i təhlükə mənbəyi hesab edirlər

Ekspertlər Metsamor AES-i təhlükə mənbəyi hesab edirlər

Vyana, 12 yanvar, AZƏRTAC

Avstriya Teleradiosunun (ORF) internet saytında Metsamor AES-in vəziyyəti ilə bağlı geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Metsamor AES-lə bağlı davamlı tənqid“ adlı məqalədə Fransanın “Le Monde Diplomatique” qəzeti, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatları, Vyana Ekologiya İnstitutu və İqtisadiyyat və Enerji üzrə Alman Federal İdarəsinə istinadən AES-lə bağlı ümumi mənzərə canlandırılıb, onun hazırkı vəziyyəti və region üçün təhlükəsinə dair faktlar və məlumatlar yer alıb.

Məqalənin giriş hissəsində paytaxt Yerevandan avtomobillə cəmi bir saatlıq məsafədə yerləşən Metsamor AES-in seysmik həssas zonanın “düz ortasında” inşa edildiyi diqqətə çatdırılır. Qeyd edilir ki, AES-dən bir neçə kilometr məsafədə Ərəb və Avrasiya tektonik plitələrinin toqquşma zolağı keçir və bu toqquşma yüksək seysmik aktivliyə səbəb olur. Ermənistan hökumətinin AES-in tektonik zonadan 19 kilometr məsafədə yerləşməsini rəsmi şəkildə iddia etməsinə baxmayaraq, regionda zəlzələ riskinin hansı səviyyədə olması sual altındadır. “Green Unions of Armenia” qeyri-hökumət təşkilatı Ermənistan hökuməti tərəfindən hələ 1992-ci ildə sifariş verilmiş araşdırmaya istinadla bildirir ki, risk zonası Metsamor AES-in lap yaxınlığından, cəmi yarım kilometr məsafədən keçir. Lakin bu araşdırma heç zaman geniş ictimaiyyətə açıqlanmayıb və Ermənistanın energetika nazirliyi bu məsələdə heç bir açıqlama vermək istəmir.

Ermənistanın milli atlasında yer alan məlumatlara görə, Metsamor AES-in 45 kilometr radiusunda yerləşən regionda bizim eranın IX əsrindən bəri 5,5-7,5 bal gücündə təqribən 20 zəlzələ baş verib və 25 min insanın həyatına son qoyan sonuncu ən güclü zəlzələ isə ötən əsrin sonuna təsadüf edir. Ermənistan rəsmilərinin həmin zəlzələ zamanı AES-ə heç bir zərərin dəyməməsi barədə iddiaları isə nə jurnalistlərə, nə də ekspertlərə inandırıcı gəlməyib. Lakin AES-in problemləri təkcə onun tektonik zonada yerləşməsi ilə bitmir.

Daha sonra qeyd edilir ki, qonşu dövlətlər olan Azərbaycan və Türkiyə ilə problemlərə görə blokada şəraitində qalan Ermənistan enerji təminatında Metsamor AES-dən əl çəkmək fikrində deyil. Rəsmi məlumatlara görə, 1993-cü ildən bəri AES-in texniki təchizatına 100 milyon avro vəsait cəlb olunsa da, reaktorlar üzərində qəza baş verdiyi halda radioaktiv şüaların ətrafa yayılmasını əngəlləyən təhlükəsizlik çənbərləri mövcud deyil. BAEA ekspertlərinin 2015-ci ildə həyata keçirdikləri yoxlamada çoxlu sayda texniki qüsur və çatışmazlıqlar aşkarlanaraq, nəzarət və təhlükəsizlik üçün 60-dan artıq tövsiyəni əhatə edən kataloq tərtib edilib. Nüvə ekspertlərinin əsas narahatlığı isə Ermənistanın bütün beynəlxalq tələbləri həyata keçirmək üçün kifayət qədər maliyyə resurslarına malik olmaması və ölkənin enerji təminatını nüvə reaktorları olmadan təsəvvür edə bilməməsidir.

Məqalədə Avropa İttifaqının da bu AES-in şəbəkədən ayrılmasında maraqlı olduğu qeyd edilir. Hətta AES-in fəaliyyətinin dayandırılacağı təqdirdə Aİ-nin Ermənistana təxminən 100 milyon avro məbləğində yardım təklifinin də qəbul olunmadığı göstərilib. Avstriya Ekologiya İnstitutu isə hələ 2001-ci ildə Metsamor AES-i Avropadakı ən təhlükəli AES kimi dəyərləndirib.

Bütün xəbərdarlıqlara baxmayaraq Ermənistan nüvə enerjisindən əl çəkmək fikrində deyil. 2009-cu ildə ölkənin enerji tələbatının 45 faizi, hazırda isə 31 faizi Metsamor AES hesabına ödənilir. Bununla belə, ölkə nüvə qəzası baş verəcəyi fövqəladə hallara qətiyyən hazır deyil. Yeganə təhlükə mənbəyi təkcə istismar müddəti ötmüş AES deyil, nüvə tullantılarının saxlanma şəraiti də gələcəkdə böyük problemlərə gətirib çıxara bilər. Tullantıların saxlandığı çəlləklərin sıradan çıxması asanlıqla ətraf mühitdə radioaktivliyi yaya bilər.

Sonda bildirilir ki, hökumət bütün xəbərdarlıqlara baxmayaraq, Metsamor AES-in istismar müddətini 2026-cı ilədək uzadıb. AES-in əhatə dairəsində paytaxt Yerevan da daxil olmaqla bir milyondan artıq insan yaşayır. AES-lə bağlı fövqəladə hallara dair fəaliyyət planı olmayan Ermənistan hökuməti ilk növbədə region üçün böyük təhlükəyə göz yumur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 121 dollara satılır

Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib

“NY Post”: “Abraham Lincoln” gəmisində narkotik satdığına görə ər-arvad həbs edilib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Xətai və Sabunçu rayonlarında qaz təchizatında fasilə yaranacaq

FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır

NYT: ABŞ Ukraynadakı münaqişə bitməzdən əvvəl Rusiya ilə razılaşmalar əldə edə bilər

Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

SEPAH Toqo bayrağı altında üzən neft tankerinə hücum edib

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub

Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib

Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb

Cəlilabadda su xəttində qəza baş verib

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

Fransanın daxili işləri naziri deputatla bağlı yanlış məlumat yaymaqda ittiham olunur

NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Alyaskada güclü zəlzələ baş verib

Bu saata olan əsas xəbərlər

Kral III Çarlz süni intellektin yanlış əllərə keçməsi ilə bağlı xəbərdarlıq edib

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

Azərbaycanın multikultural mövqeyi türk-islam həmrəyliyinə daha geniş humanitar məzmun qazandıra bilər - ŞƏRH

DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb – ŞƏRH

İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNİB-2 VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

AHİK könüllüləri Prezident Kitabxanasında olublar

Ermənistanın qarşıdurma ritorikasını davam etdirməsi yeni regional düzənin formalaşmasına zərər verə bilər - ŞƏRH

Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

AYNA: Ötən gün “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib

Türkiyə universitetlərində gələn ildən əcnəbi tələbələr üçün yeni imkanlar yaradılacaq

Hesablama Palatası dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimatla çıxış edib

ASOSAI-nin toplantısında üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat elan edilib

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Fransada hicabın mərhələli şəkildə qadağan olunması təklif edilib

Aqrar Sığorta Fondunun sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir

Dövlət Agentliyi: Kalibrləmə nəticələri "E-keyfiyyet" vasitəsilə rəsmiləşdirilməlidir

ADNSU-nun şöbə müdiri beynəlxalq “Stevie” mükafatı uğrunda finalçı seçilən ilk azərbaycanlı jurnalist olub

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan atletika millisinin məşqçilər heyətində

Müharibəyə qarşı sülh sifarişi - ŞƏRH

Naxçıvanda gənclərin Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü - FOTOLAR

® ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edilib!

Mbappe “Qızıl top”un yenidən “Real Madrid”ə qayıtmasını istəyir

Ekspert: Yüksək neft qiymətlərinə baxmayaraq “qara qızıl”ın büdcə qiyməti sabit saxlanılır

ADPU-nun cari il məzunlarının 49 faizdən çoxu magistraturaya qəbul olunub

Səudiyyə Ərəbistanında vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində 1 nəfər ölüb

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib YENİLƏNİB

ADPU-CVU ikili diplom proqramı çərçivəsində peşəkar inkişaf təlimi

Yaponiyada AES-in reaktorunun fəaliyyəti su sızmasına görə dayandırılacaq

“Fövqəladə hallar könüllüləri”nə sertifikatlar təqdim edilib

Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyəzən rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə baş tutub

Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq

Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

TƏBİB: Pasiyent təhlükəsizliyi kompleks sistem vasitəsilə təmin olunur

Sanksiyalara baxmayaraq, Şimali koreyalı nazir Yaponiyaya səfər edib

Mustafa Mustafayev: “Dayının yuxusu” tamaşası üçün asan olmayan bir həll yolu tapmaq lazım idi

İran İsveç diplomatından ölkədən çıxmasını tələb edib

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

Şərqşünas alim beynəlxalq konfransda Seyid Yəhya Bakuvi və xəlvətilik barədə məruzə edib

İdxal olunan bitkitərkibli spred yağı istehsalçı ölkəyə qaytarılıb

Rəşad Məcid: Nizami Gəncəvi dünya poeziyasına misilsiz töhfələr verib

Samuxda 120-dən çox könüllü qanvermə aksiyasında iştirak edib

Şərqi Zəngəzur və Qarabağın faunasına 200-ə yaxın quş, 70-dən çox məməli növü daxildir

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

Hesablama Palatası ilə Koreya Audit və Təftiş Şurası birgə fəaliyyətlə bağlı razılıq əldə edib

Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb

Xankəndi ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Baia Mare oldu

Cafer Dal: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm körpüdür

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

Böyük Qayıdış prosesində fauna müxtəlifliyinin qorunması xüsusi əhəmiyyət daşıyır

Deputat: Azərbaycanın Türk dünyası və Qafqazdakı mövqeyi iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır