DÜNYA


Ekspertlər “WhatsApp” istifadəçilərinə yeni hücum haqda xəbərdarlıq ediblər

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Hakerlər “Emirates” şirkətinin reyslərinə pulsuz bilet vəd edərək fərdi informasiyanı toplayırlar. İstifadəçiyə “Emirates” şirkəti ilə uçuşlar təcrübəsi haqda bir neçə suala cavab vermək və anketi 10 “WhatsApp” istifadəçisi ilə bölüşmək təklif edilir.

AZƏRTACgazeta.ru” saytına istinadən xəbər verir ki, şərtləri yerinə yetirdikdə “uduş”a görə təbrik edilir və “mükafat”ın rəsmiləşdirilməsi üçün aviaşirkətin saytına keçmək təklif olunur. Reallıqda isə istinad kənar saytadır və istifadəçi “təşkilatçılarla əlaqə yaratmaq üçün” mobil telefonunun nömrəsini qeyd etməlidir. Nömrə bahalı SMS xidmətlərə abunə üçün istifadə ediləcək.

Ekspertlər ingilis, alman, ispan və portuqal dillərində spam göndərmələr və müvafiq saytlar aşkar ediblər.

İstifadəçilərə “WhatsApp” messencerində spama məhəl qoymamaq, belə “aksiyalarda” iştirak etməmək və şübhəli saytlarda fərdi informasiyanı daxil etməmək tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.