CƏMİYYƏT


Ekspertlər siqareti tərgitməyin yollarından danışıblar

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Oksford Universitetinin (Böyük Britaniya) alimləri tədqiqat apararaq siqaretdən imtina etməyin səmərəli yolunu müəyyən ediblər. Mütəxəssislərin fikrincə, siqaret çəkməyi tədricən tərgitmək lazımdır. Bir gün ərzində siqareti tam atmaq cəhdi əksər hallarda bu zərərli vərdişə tezliklə qayıtmaqla nəticələnir.

AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, eksperimentdə siqaret çəkən könüllülərin iki qrupu iştirak edib. Alimlər qruplardan birinə siqareti birdən tərgitməyi təklif ediblər, digər qrupa isə bu iş üçün kifayət qədər vaxt verilib. Məlum olub ki, gün ərzində çəkilən siqaretlərin sayının tədricən azaldılması ilə əldə edilən nəticə daha yaxşıdır. Bu qrupda zərərli vərdişə qayıdanların sayı xeyli az olub.

Nikotindən asılılıq daha çox psixoloji xarakterdədir. Məhz buna görə də zərərli vərdişə qarşı bir çox mübarizə yolları mövcuddur. Bilmək lazımdır ki, siqaretdən imtina etmək asandır, bunun üçün rahat yolu seçmək və öz qüvvənə inanmaq kifayət edər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.