SİYASƏT


Ekspertlərin Riqa görüşündə Azərbaycanın miqrasiya sistemi təqdim edilib

A+ A

Riqa, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Riqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində miqrasiyanın idarə edilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi məsələlərinə dair ekspertlər səviyyəsində görüş işə başlayıb. Görüş Beynəlxalq Miqrasiya Təşkilatının Ukraynadakı nümayəndəliyi ilə birlikdə Latviya, Ukrayna və Avropa Komissiyası tərəfindən təşkil edilib.

Görüşdə Aİ ölkələrinin, Azərbaycan, ABŞ, İsveçrə, Ukrayna, habelə Azadlıq, təhlükəsizlik və ədalət mühakiməsi sahəsində irimiqyaslı informasiya texnologiyaları sistemlərinin operativ idarə edilməsi üzrə Avropa Agentliyinin miqrasiya siyasətinin inkişafı üzrə beynəlxalq mərkəzlərin və idarələrin nümayəndələri iştirak edib.

Ekspertlərin görüşündə Azərbaycanı Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinin rəis müavini Seymur Mərdəliyev, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya məsələləri üzrə Vahid İnformasiya Sisteminin şöbə rəisi Niyaz Abbasov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin əməkdaşı Xəyal Paşazadə təmsil edir. Ekspertlərin bu görüşünün məqsədi tədbir iştirakçılarına miqrasiyanın idarə edilməsini yaxşılaşdırmaq üçün informasiya-kommunikasiya texnologiyalarına müasir yanaşmaları müzakirə etmək, onları milli praktikalarla tanış etmək və tərəfdaş ölkələrdən olan ekspertlərlə təcrübə mübadiləsi və sonda miqrasiyanın idarə olunmasında İKT-dən istifadə üsullarına təsir göstərə biləcək yeni qərarların tətbiq edilməsi imkanlarını nəzərdən keçirməkdir. Görüş üç mövzu üzərində cəmləşəcək: miqrasiyanın idarə edilməsində İKT, Şərq Tərəfdaşlığı Ölkələrinin və Aİ üzvü olan dövlətlərin milli sistemləri; miqrasiya sahəsində innovasiyalı İKT-qərarlar.

Görüşün “İdeyadan işlək sistemə - milli praktikalar” adlı ikinci sessiyasında Dövlət Miqrasiya Xidmətinin Miqrasiya məsələləri üzrə Vahid İnformasiya Sisteminin şöbə rəisi Niyaz Abbasov Azərbaycanda əcnəbilərə sənədlərin verilməsi sistemi haqqında məruzə ilə çıxış edəcək.

Nigar Cəfərli

AZƏRTAC-n xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.