İQTİSADİYYAT
Ekspertlərin fikrincə neftin qiyməti 20 dollaradək ucuzlaşa bilər
Bakı, 26 noyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin istehsalın həcmini azaltmamaları neftin qiymətindəki ucuzlaşmanın davam edəcəyi barədə narahatlığı artırır.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, üzərindən beynəlxalq sanksiyaların qaldırıldığı İranın, eləcədə üzvlüyü yeddi il bərpa olunan İndoneziyanın güclü bir aktyor kimi bazara qayıtmaları bu narahatlıqlara səbəb kimi göstərilir. OPEC-ə üzvü ölkələrin bəzi səlahiyyətliləri bazarda sabitliyi təmin edəcək tədbirlərin aparılmayacağı təqdirdə neftin 1 barrelinin 20 dollaradək ucuzlaşa biləcəyi qənaətindədirlər.
Qeyd edək ki, Venesuelanın neft naziri Euloqio Del Pino da ötən günlərdə etdiyi şərhdə OPEC-in müdaxilə etməyəcəyi təqdirdə qiymətlərin 20 dollar səviyyəsinə qədər geriləyə biləcəyini demişdi.
OPEC-in dekabrın 4-də keçiriləcək növbəti ümumi yığıncağında isə istehsal kvotasını artırma qərarı ala biləcəyi qeyd edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]