ELM VƏ TƏHSİL


Eksternat imtahanında 33 nəfər iştirak edib

Bakı, 16 yanvar, AZƏRTAC 

Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, eksternat imtahanlarında iştirak etmək üçün 16 yaşı tamam olan 35 nəfər qeydiyyatdan keçib. Ümumi orta təhsil kursu üzrə eksternat imtahanlarında iştirak etmək üçün ərizə qəbulu ötən il dekabrın 19-dan 30-dək aparılıb. Bakıdakı 45 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 29-u Azərbaycan, dördü rus bölməsi olmaqla, 33 nəfər iştirak edib. Onlardan 24 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Eksternat qaydasında keçirilən imtahanda müvəffəq olan şəxslərin ümumi orta təhsil haqqında sənəd əldə etmələri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmələri vacibdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.