ELM VƏ TƏHSİL


Eksternat qaydasında imtahan keçiriləcək

Bakı, 13 dekabr, AZƏRTAC

Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün 2017-ci ilin yanvarında eksternat qaydasında imtahan keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən təsdiqlənmiş “2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumi təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”na əsasən, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) üzrə birinci mərhələsinin keçirilməsi təmin olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə eksternat qaydada ümumi orta təhsil haqqında sənəd almaq istəyən şəxslərin məlumatlarının fərdi identifikasiya nömrəsi (FİN) əsasında 2017-ci il yanvarın 15-dək “Şagird-məzun” sisteminə daxil edilməsi nəzərdə tutulub.

Ümumi orta təhsil kursu üzrə eksternat qaydada imtahanlarda iştirak etmək üçün 16 yaşı tamam olmuş şəxslərin ərizə qəbulu 2016-cı il dekabr 19-dan 30-dək hər həftənin I-V günləri saat 9.00-dan 18.00-dək BŞTİ-də həyata keçiriləcək.

İştirakçılar ərizəyə təhsil aldığı sonuncu məktəbdən arayış, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər hərbi biletin və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənədin notarial qaydada təsdiq edilmiş surətini əlavə etməlidirlər:

Tam orta təhsil səviyyəsi üzrə (XI sinif) eksternat qaydasında imtahanların tarixi haqqında əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.