DÜNYA


Ekvador Prezidenti Culian Assanjı haker adlandırıb

Bakı, 30 may, AZƏRTAC

Ekvador Prezidenti Lenin Moreno jurnalistlərə açıqlamasında WikiLeaks-in qurucusu Culian Assanjı haker saymasına baxmayaraq, onun Londondakı Ekvador səfirliyində qalmaqda davam etməsinə icazə verəcəyini bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moreno, həmçinin Assanjı Ekvadorun və ya digər ölkələrin daxili siyasətinə qarışmamağa çağırıb. Culian Assanj isə sosial media hesabında jurnalist və redaktor olduğunu, hətta ABŞ-ın onu haker hesab etmədiyini yazıb. O, ötən həftə hesabındakı digər paylaşımda Ekvadorda korrupsiya barədə sənədlər əlinə keçərsə, onları da ictimaiyyətə açıqlayacağını bildirmişdi.

Xatırladaq ki, 2010-cu ildə Stokholmda iki qadına seksual təcavüzdə ittiham olunan Assanj İsveç hüquq mühafizə orqanlarının sorğusuna əsasən Londonda həbs edilmiş, lakin çox keçmədən girov müqabilində azadlığa buraxılmışdı. İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanj 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və beş ilə yaxındır ki, bu ölkənin Londondakı səfirliyində qalır.

Bu il mayın 19-da İsveç prokurorluğu Assanjın işi üzrə istintaqın dayandırılması barədə qərar çıxarsa da, Britaniya polisi onun həbsində israrlıdır. Bu səbəbdən Wikileaks-in qurucusu Ekvadorun Londondakı səfirliyini tərk edə bilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.