DÜNYA


Ekvadorda Lenin dövrü başladı

Bakı, 25 may, AZƏRTAC

Ekvador Prezidenti seçilən Nobel mükafatı laureatı Lenin Moreno parlamentdə keçirilən mərasimdə hakimiyyəti Rafael Correadan təhvil alıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Moreno mərasimdəki çıxışında bütün ekvadorluların prezidenti olduğunu və heç kəsin geridə qalmaması üçün çalışacağını söyləyib. Ekvadorun Lenini deyib ki, onun prezidentliyi müddətində 325 min yeni ev tikiləcək və onların 191 mini pulsuz paylanacaq. Həmçinin uşaqların yetərincə qidalanmaması problemi həllini tapacaq, narkotiklə amansız mübarizədə aparılacaq.

Xatırladaq ki, hakim Alianza PAIS hərəkatının tək namizədi olan Lenin Moreno prezident seçkilərinin ikinci turunda 51,16 faiz səs toplayaraq müxalifətdəki liberal CREO hərəkatının namizədi Guillermo Lassoya qalib gəlmişdi.

Rafael Correanın hakimiyyəti dövründə, 2007-2013 illərdə prezident köməkçisi işləyən Moreno 1998–ci ildə silahlı soyğunçuların hücumuna uğramış və hərəkət qabiliyyətini itirmişdi. O vaxtdan bəri əlil arabası ilə hərəkət edən Lenin Moreno prezident köməkçisi olarkən əlillər üçün gördüyü işlərə görə 2012-ci ildə Nobel mükafatı qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.