DÜNYA


Ekvadorda leysan yağışları nəticəsində 15 nəfər ölüb

Bakı, 19 mart, AZƏRTAC

Ekvadorda aramsız yağan leysan yağışları 15 nəfərin ölümünə səbəb olub.

AZƏRTAC Ria Novosti agentliyini istinadla bildirir ki, bu barədə Ekvador Prezidenti Rafael Korrea məlumat verib. O bildirib ki, güclü yağışlar nəticəsində 6 min ailəyə ziyan dəyib, 123 ev dağılıb. Təbii fəlakətin təsirinə ən çox Manabi, Quayas, Napo, El-Oro və Los-Rios bölgələri məruz qalıb.

Qeyd edək ki, qonşu Peruda leysan yağışları nəticəsində ölənlərin sayı 72-yə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.