İDMAN
Ekvadorlu futbolçu millinin oyunu zamanı polisdən qaçmağı bacarıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Alimentdən yayınan futbol üzrə Ekvador yığmasının hücumçusu Enner Valensiya matçın gedişatında polisdən gizlənib.
AZƏRTAC xəbər verir ki, maraqlı hadisə 2018-ci il dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ekvadorla Çili milliləri arasında keçən görüşdə yaşanıb. İcarə əsasında İngiltərənin “Everton” klubunda forma geyən E. Valensiya meydandan kənarda onu və görüşün başa çatmasını gözləyən polisləri görüb. O, qarşılaşmanın sonlarına yaxın ağır zədə aldığını bəhanə gətirərək əvəzlənib. Futbolçu meydandan təcili yardım personalının köməkliyi ilə dördtəkərli maşınla çıxarılıb.
Təhlükəsizlik orqan əməkdaşlarının onu yaxalamaq cəhdi isə boşa çıxıb. Həmin vaxtadək artıq həkimlər ekvadorlu oyunçunu təcili xəstəxanaya aparıblar. Sonradan məlum olub ki, futbolçunun vətənində barəsində 18 min avro alimentdən yayınma maddəsi ilə iş açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]