İQTİSADİYYAT


Ekvatorial Qvineya OPEC-ə üzv seçilib

Bakı, 25 may, Nihad Budaqov, AZƏRTAC 

Afrikanın ən böyük neft istehsal edən ölkələrindən biri olan Ekvatorial Qvineya Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olub.

AZƏRTACabcnews.go.com”a istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.

Bununla da OPEC-ə üzv ölkələrin sayı 14-ə çatıb.

Qeyd edək ki, Ekvatorial Qvineya Afrikanın cənubunda üçüncü ən iri neft və qaz istehsalçısıdır. İllik 10,6 milyard dollar neft və qaz ixrac edən ölkənin ümumi ixracının 95 faizini neft-qaz təşkil edir. Ekvatorial Qvineya neft hasilatını sutkada 12 min barrel azaltmaq barədə öhdəlik götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.