DÜNYA


Elastik “Lenovo” planşeti ilk dəfə praktik nümayiş edilib VİDEO

Bakı, 24 iyul, AZƏRTAC

Ötən il elastik smartfon və planşet prototipləri nümayiş etdirən Çinin “Lenovo” şirkətinin mühəndisləri bu il “Tech World 2017” konfransında iki hissəyə bölünən işlək planşet kompüter nümunəsinin təqdimatı üzərində çalışıblar. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu vəziyyətdən asılı olaraq müxtəlif rejimlər arasında keçid edə bilir.

AZƏRTAC xəbər verir ki, məlumata görə, “Folio” kod adlı qurğu açılmış vəziyyətdə ekranının təsvir ölçüsü 1920х1440 piksel təşkil edən 7,8 düym diaqonallı planşetdir. Lakin planşeti yarıya böldükdə o, 5,5 düymlü smartfona çevrilir. Bu halda xüsusi mexanizm iki hissəni istənilən bucaq dərəcəsi altında əyməyə imkan verir.

Bükülən planşet bir neçə maraqlı funksiyalar təqdim edir. Məsələn, ekranın hər yarısında ayrıca proqram işə salmaq mümkündür. Həmçinin kamera əlavəsini işə salmaqla istifadəçi hətta əsas modulla çəkiliş aparan zaman özünü displeydə görə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.