DÜNYA


Elastik displeylərin populyarlığı artacaq

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

"IHS" analitik şirkəti yaxın illərdə daşınan qurğuların populyarlığının sürətlə artması sayəsində elastik displeylərə tələbatın çoxalacağını proqnozlaşdırır. Belə ki, bu il elastik ekran istehsalçıları ilkin məlumatlara görə, 3,5 milyard dollara yaxın qazanc əldə edəcəklər. Beş il sonra mədaxilin 300 faiz artacağı gözlənilir.

AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, üç il əvvəl "Samsung" və "LG" şirkətləri ilk dəfə müxtəlif tərəflərə əyilə bilən "AMOLED" ekranlı displeylər nümayiş etdirib. Hazırda şirkətlər bu növ ekranların fitnes-treker və smart saatlarda tətbiqini aktiv inkişaf etdirirlər. Bu texnologiya yarışmasına yaxın gələcəkdə öz smartfonunun səkkizinci versiyasını buraxmağa hazırlaşan "Apple" şirkətinin də qoşulması nəzərdə tutulur.

"IHS" şirkətinin displeylərin tədqiqi sahəsində baş analitiki bildirib ki, bu gün panellərin yalnız əyilən, bükülən və qatlanan variantları mövcuddur. Lakin tam bükülən ekranların növbəti 2-3 ildə istehsal ediləcəyini gözləmək olar.

Hazırda mütəmadi "AMOLED" displeylər tədarükçüsü qismində "Samsung", "E-ink", "LG" və "Futaba" şirkətləri çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.