DÜNYA


Elastik klaviatura formasında mini-kompüter təqdim olunub

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

“GeekBuying” onlayn mağazası “Windows 10” əməliyyat sistemi ilə işləyən, mini-fərdi kompüteri özündə birləşdirən elastik klaviaturaya ilkin sifarişlərin qəbuluna başlayıb. Cari ayın sonunda “Vensmile K8” adlı klaviatura formasında mini-kompüterin tədarükünə başlanılacaq.

AZƏRTAC “vesti.ru” saytına istinadən xəbər verir ki, dördnüvəli “Intel Atom X5 Z8300” prosessoru ilə işləyən “Windows” sistemli kompüter birbaşa taçpada birləşdirilib. “Vensmile K8” sensor daxiletmə sistemini və “4G” şəbəkəni dəstəkləyir, “HDMI+VGA” çıxışına, “Bluetooth” simsiz modulu, ikidiapazonlu “Wi-Fi” (2.4 və 5 QHs) və başqa periferiya qurğularını qoşmağa imkan verən “USB 3.0” portuna malikdir.

Mini-fərdi kompüter 4 giqabayt əməli yaddaş (“DDR3”) və 64 giqabayt “eMMC” fləş yaddaşı ilə təchiz edilib. “K8” kompüteri “Windows 10” (ev redaksiyası) sistemi ilə tədarük edilir. Qurğunun qeyri-adi özəlliyi isə cibə yerləşdirmək imkanının olmasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.