İQTİSADİYYAT


Elbay Qasımzadə: MİDA inşa etdiyi evlərin 20 faizini kommersiya məqsədləri üçün satarsa, mənzil bazarında rəqabət yaranar

Bakı, 7 avqust, Ramiz Quliyev, AZƏRTAC 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılması ölkənin mənzil bazarında qiymətlərə təsir edəcəkmi?

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bu aktual məsələ ilə bağlı AZƏRTAC-a müsahibəsində bildirib ki, əhalinin aztəminatlı hissəsinin güzəştli şərtlərlə tikilən sosial mənzillərə ehtiyacı var və agentliyin inşa etdiyi mənzillər ilk növbədə iqtisadi cəhətdən orta səviyyədən bir qədər aşağı olan təbəqə üçündür.

O qeyd edib ki, MİDA-nın təklif etdiyi qiymətlər kifayət qədər yaxşı və cəlbedicidir. Dövlət Agentliyi tikdiyi mənzillərin 80 faizini əsas şərtlərlə, 20 faizini isə kommersiya məqsədləri üçün sata bilər. Belə olan halda, MİDA mənzil bazarı ilə rəqabətə girəcək. Mənzil bazarı isə qiyməti aşağı salmağa məcbur olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.