MƏDƏNİYYƏT


Elçin Əzizov Böyük Teatrda “Çar gəlini” operasında

A+ A

Bakı, 13 fevral, AZƏRTAC

Martın 3-dən 5-dək Böyük Teatrda Nikolay Rimski-Korsakovun "Çar gəlini" operası nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, martın 3-də və 5-də bu səhnə əsərində Qriqori Qriqoryeviç Qryaznoyun partiyasını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov ifa edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", Sergey Prokofyevin "Üç portağal sevgisi", N.A.Rimski-Korsakovun "Çar gəlini", Jorj Bizenin "Karmen", Modest Musorqskinin "Boris Qodunov", Cüzeppe Verdinin "Traviata", "Don Karlos", Aleksandr Borodinin "Knyaz İqor" operalarında, İohan Ştrausun "Yarasa" operettasında yaddaqalan obrazlar yaradıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.