MƏDƏNİYYƏT


Elçin Əzizov “Don Karlos” operasında Rodriqo obrazında

Bakı, 11 avqust, AZƏRTAC

Noyabrın 15-dən 19-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Rodriqonun partiyasını noyabrın 16-da və 18-də Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov ifa edəcək.

E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.