MƏDƏNİYYƏT


Elçin Əzizov Savonlinna Opera Festivalında çıxış edəcək

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 7-dən avqustun 4-dək Finlandiyada Savonlinna Opera Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov Rusiya Dövlət Akademik Böyük Teatrının yaradıcı heyətinin qastrolu çərçivəsində bu festivalda iştirak edəcək. İyulun 25-29-da festivalda nümayiş olunacaq P.Çaykovskinin “İolanta” operasında həmvətənimiz İbn Hakia obrazını canlandıracaq. Bu barədə məlumatlar Böyük Teatrın saytında və “operabase” portalında yer alıb.

E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında, İohan Ştrausun “Yarasa” operettasında yaddaqalan obrazlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.