MƏDƏNİYYƏT
Elçin Əzizov “Traviata” operasının tamaşasında
Bakı, 29 noyabr, AZƏRTAC
Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Traviata” operasının tamaşasında Jermon rolunu canlandıracaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın noyabrın 30-da təqdim edilməsi nəzərdə tutulub.
Tamaşada Elçin Əzizovla yanaşı, Xalq Artisti Əli Əsgərov (Markiz), Əməkdar Artist Səbinə Əsədova (Flora), Anton Ferştandt(Doktor), həmçinin Opera və Balet Teatrının gənc və istedadlı solistləri İlahə Əfəndiyeva (Violetta) və Fərid Əliyev (Alfred) çıxış edəcəklər.
Tamaşa dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Qeyd edək ki, Elçin Əzizov Böyük teatrda çalışan ilk azərbaycanlı solistdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:23]
Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]